Ana Sayfa > Xəbər > Azərbaycan paytaxtında 28 yaşlı oğlan qətlə yetirilib

Azərbaycan paytaxtında 28 yaşlı oğlan qətlə yetirilib


11-11-2015, 12:06. Yazar: admin
Azərbaycan paytaxtında 28 yaşlı oğlan qətlə yetirilib
Bakıda qətl törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Maştağa qəsəbəsi A.M.Əbdülkərim küçəsində qəsəbə sakini, 1987-ci il təvəllüdlü İsmayıl Abduləliyev Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Tofiq Şəkərov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tofiq Şəkərov tutulub.

Geri dön