Ana Sayfa > Xəbər > Baş məşqçi Azərbaycan xalqından üzr istədi
Baş məşqçi Azərbaycan xalqından üzr istədi11-11-2015, 10:31. Yazar: admin |
Oyunla bağlı çox söz demək olmaz. Çünki pis oynadıq. Nəticə də bunu göstərir. Axar.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov deyib. Təcrübəli çalışdırıcı Ukraynaya 0:4 hesablı məğlubiyyətə görə futbolçular və öz adından xalqdan üzr istəyib: “Bu cür oyunla mərhələ adlamaq çətin olacaq, amma tələsməyək. Qarşıda 2 oyunumuz var. Əlimizdə olan heyətlə nəyisə dəyişməyə çalışacağıq. Necə qollar buraxdığımızı gördünüz. Oyunda nizam-intizam itdi, hamı topu götürüb qabağa qaçır". Geri dön |