Ana Sayfa > Xəbər > Prezident və xanımı Ümrə ziyarətində (FOTO)

Prezident və xanımı Ümrə ziyarətində (FOTO)


6-04-2015, 15:06. Yazar: admin
Prezident və xanımı Ümrə ziyarətində (FOTO)
Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ciddə şəhərinə gedib.

APA-nın Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, prezident bu ölkəyə rəsmi səfəri çərçivəsində Ümrə ziyarətini də həyata keçirəcək.

Prezidenti Kral Əbdüləziz Beynəlxalq Hava Limanında şahzadə Mişaal bin Məcid bin Əbdüləziz, Ciddə şəhərinin rəsmiləri qarşılayıblar.

Qeyd edək ki, səfərdə prezident İlham Əliyevlə birgə xanımı Mehriban Əliyeva da iştirak edir.

Geri dön