Ana Sayfa > Xəbər > ABŞ-ın milli borcu 65 trilyondur
ABŞ-ın milli borcu 65 trilyondur10-11-2015, 16:16. Yazar: admin |
Ölkənin milli borcu əslində açıqlandığı kimi 18,5 yox, 65 trilyon dollardır. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Hesablama Palatasının keçmiş rəhbəri Dev Uolker deyib. “Açıqlanan 18,5 trilyona işsiz vətəndaşların və təqaüddə olan hərbçilərin maaşlarını, ictimai təhlükəsizlik və səhiyyə sığortası sahəsindəki əlavə vəsaitləri, həmçinin federal hökumətin müxtəlif borcları ilə gözlənilməz xərcləri əlavə edəndə bu rəqəm təxminən 65 trilyon olur. İslahatların olmadığı şəraitdə bu rəqəm avtomatik böyüyür”, - Uolker bildirib. Qeyd edək ki, Uolker Bil Klinton və Cor Buş dövründə ABŞ-ın Hesablama Palatasının rəhbəri olub. Geri dön |