Ana Sayfa > Xəbər > “McDonalds”dan iyrənclik: Mexikoda siçovul, Bakıda ilbiz
“McDonalds”dan iyrənclik: Mexikoda siçovul, Bakıda ilbiz10-11-2015, 15:12. Yazar: admin |
Meksikanın Mexiko ştatının baş prokurorluğunun qərarı ilə ölkə paytaxtının həndəvərindəki Tlalnepantl qəsəbəsində yerləşən McDonald`s restoranı bağlanıb. Səbəb bu restoranda müştərilərə verilən hamburgerlərdən birinin içindən qızardılmış siçovul başının çıxmasıdır. Milli.Az La Jornada-ya istinadən bildirir ki, aldığı hamburgerdə siçovul başını görən qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya düşüb. El Universal-ın məlumatına görə, o, polisə müraciət edərək günahkarların cəzalandırılmasını tələb edib. Ət parçalarının arasında siçovul başının olduğu hamburgerin fotoları sosial şəbəkələrdə yayılıb. MCDonald`s bütün ittihamları rədd edərək bildirib: "Bizim fastfudlar restoranları şəbəkəsinin başlıca siyasəti müştərilərə keyfiyyətli və təhlükəsiz qidanın təqdim olunmasıdır". Meksikanın baş prokurorluğu (La Procuraduría General de Justicia del Estado de México) McDonald`s-a qarşı 483310452615 saylı cinayət işi qaldırıb. Vurğulayaq ki, şəbəkənin Bakıda fəaliyyət göstərən filiallarında da keyfiyyətsiz məhsullar satırılır. Gigiyenik normalara əməl olunmur, vaxtaşırı əhali narazılıq edir. Xatırladırıq ki, bənzə hadisə 2014-cü ilin martında Bakıda qeydə alınıb. Paytaxt sakini Rolan Məmmədov Nizami küçəsində daimi müştərisi olduğu "McDonalds”dan sifariş etdiyi "sezar” salatının içindən ilbiz çıxıb. Restoranın meneceri belə bir hadisə ilə üzləşdiklərini təsdiqləyib. Zərərçəkmiş Rolan Məmmədov restoranın daimi müştərisi olub və sonuncu dəfə də o bir "sezar” salatı sifariş edib. Salatı yemək istəyərkən içində ilbiz görərək inzibatçıya şikayət edib. Ancaq restoranın inzibatçısı bu hadisəni məsuliyyətsiz qarşılayıb. Bu hadisədən sonra zərərçəkən "McDonalds” restoranlar şəbəkəsinə qarşı 50 min manatlıq məhkəmə iddiası qaldırılıb. Geri dön |