Ana Sayfa > Xəbər > YAP-ın yeni deputatı: “...məsuliyyət daşıyırıq”
YAP-ın yeni deputatı: “...məsuliyyət daşıyırıq”10-11-2015, 14:55. Yazar: admin |
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, 1 noyabr seçkilərində Qaradağ rayonundan deputat mandatı qazanmış iqtisadçı Aydın Hüseynov Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik. -Aydın müəllim, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədriniz. Deputat seçildiyinizə görə təşkilat sədri olaraq da fəaliyyət göstərəcəksiniz? -Təşkilat sədrini hər 2 ildən bir keçirilən konfrans seçir. Ona görə də növbəti konfransa qədər təşkilata sədrliyi mən edəcəm -İndi seçiciləri şirin vədlərlə, sözlərlə ələ almaq mümkün deyil. Artıq deputatlar da bunu etmirlər. Sadəcə, hər bir deputatın üzərinə götürdüyü öhdəlik, məsuliyyət var. Siz də yeni deputat olaraq istisna deyilsiz. -Hələ ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi kimi səs çoxluğu qazanmışıq. Millət vəkilliyimizi isə Konstitutsiya Məhkəməsi təsdiq edəcək. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının namizədiyəm. Bu gün Yeni Azərbaycan Partiyası üzərinə hansı missiyanı götürübsə və gələcədə hansı işləri görəcəksə, biz də o işlərin görülməsində bütün bilik və bacarığımızdan istifadə edərək səylərimizi əsirgəməyəcəyik. Bu məsuliyyəti üzərimizə götürmüşük. -Deputat seçilənə kimi çevrənizi formalaşdırmağı bacarmısınız. İndi isə Milli Məclisin kürsüsündə əyləşərək 5 il xalqa xidmət edəcəksiniz. -Mən hələ deputat deyiləm. -125 nəfə qalibin arasında sizin də adınız var. Deməli deputatsınız. Ona görə bir məsələyə sizin də münasibətinizi öyrənmək istərdik. Zaman-zaman mətbuatda deputatlarla bağlı yazılar yazılır. Bu, şayiə xarakterli informasiya da olur, hanısa məsələ ilə bağlı təsdiqini tapan xəbər də. 5 il ərzində haqqınızda yazılanlara necə münasibət sərgiləyəcəksiniz? -Xeyli vaxtdır ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvüyəm. Bu cəmiyyətdə, xüsusilə, mediada gedən proseslər hər hansı səviyyədə şişirdiləcəksə, bundan narahat olmağa dəyməz. Çünki hansısa məsələnin əsası yoxdursa, niyə narahat olaq?! Eyni zamanda, məsuliyyət daşıdığımız siyahı, hesabat verdiyimiz instansiyalar var. Həmin instansiyalar qarşısında müəyyən səhvlərə yol verməsək, şayiələrin yaranmasına heç bir səbəb qalmayacaq. Təbii ki, başqa nəsə olacaqsa, məsuliyyəti jurnalistin özü daşıyır. Hər hansı vəzifədə oluruqsa, məsuliyyət daşıyırıq. Ən önəmlisi odur ki, şayiə üçün əsas olmasın. Əsassız şayiələr olacaqsa, onun yazanın özü məsuliyyət daşıyacaq. -Siyasi partiyanın üzvü olmaq, təşkilat sədri kimi fəaliyyət göstərmək üstəgəl deputat seçilmək... Ailənizin də mövqeyi maraqlıdır. -1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu, ailə qurmazdan öncəki dönəmlərə təsadüf edir. Ona görə də hər hansı siyasi proseslərdə iştirak edirəmsə, bu, ailəm tərəfindən həyat forması kimi qəbul olunur. Daha doğrusu, mənim həyat formam kimi qəbul olunur. -Siyasi fəaliyyətinə görə ailədə qəbul olunan Aydın Hüseynova ailənin güvən hissi nə dərəcədə yüksəkdir. -İnsanların fəaliyyətində ailə böyük güvənc yeridir. Hər bir insanın işində ailənin böyük rolu var. Həmçinin də mənim ailəmin rolu. -Övladlarınız nə işlə mşğuldurlar? -2 ovladım var: biri qız, biri də oğlandır. Hər ikisi tələbədir. -Növbəti 5 il üçün planlarınız nədir? Şəxsi təşəbbüsünüzlə nə etməyi düşünürsünüz? -Parlament ali qanunverici orqandır. Mən də xeyli müddətdir ki, iqtisadi sahədə çalışıram. Bu sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsində, yeni qanunların qəbul olunmasında çalışacağam ki, iştirak edim. Bacardığım qədər öz töhfələrimi verəcəyəm. -İqtisadi sahədə ixtisaslaşmağınız ölkədə yeni iqtisadi modellərin tətbiqinə yol açacaqmı? Məsələn, Qaradağ rayonundan deputat seçilmisiniz. Rayonun inkişafı üçün nə edə bilərsiniz?. -Regionların inkişafı ilə əlaqədar konkret Dövlət Proqramları mövcuddur. Yəni birinci, ikinci, üçüncü Dövlət Proqramı. Bu, çox mükəmməl proqramdır. Onu da deyim ki, Regionların Sosial-iqtisadi İnkişafı üzrə Dövlət Proqramı prezident İlham Əliyevin layihəsi, mükəmməl ideyasıdır. Sadəcə olaraq, bu proqramın həyata keçirilməsi üçün hər bir kəs öz addımını atmalı və burda iştirak etməlidir. Qaradağ rayonundan deputat seçildiyim üçün Dövlət Proqramında Qaradağ rayonuna aid olan hissələrin həyata keçirilməsində məndən asılı nə olacaqsa, onu böyük həvəslə yerinə yetirəyə hazıram. -Hər parlament seçkiləri öncəsi xeyli sayda xanım deputat olmaq üçün mübarizəyə qoşulur. Yeni parlamentdə 20-dən çox xanım deputat olacaq. Xanım həmkarlarınızın olmasını necə dəyərləndirirsiniz? -Azərbaycanda gender bərabərliyi yüksək səviyyədədir. Ümumi əhali tərkibi olaraq qadınlarn sayı təxminən kişlərin sayına bərabərdir. Bu gün bütün sahələrdə qadınlar fəaliyyət göstərir. Hətta işlərinin öhdəsindən çox yaxşı gəlirlər. Ona görə də qadınların Milli Məclisdə olması qanunvericilik orqanında təmsil olunması təbii haldır. Buna müsbət yanaşıram -Bəzi deputatlar mətbuatla yaxşı işləmirlər. Telefonlara cavab vermirlər. Aylarla bir jurnalisti cavabsız qoyurlar. Sizi hansı kateqoriyaya aid edə biləcəyik? -Əslində, telefondan yayınmanın iki tərəfi var. Burda mətbuat nümayəndəsinin də peşəkarlığı lazımdır. Yəni kim hansı formada yanaşmağı bacarmalı, nəyi necə soruşmağı bilməlidir. Millət vəkili olmasın, hər hansı məmur, peşə sahibi olsun, ona uyğun olmayan sual veriləndə əlbəttə, o, qaçacaq. Məsələnin bu rərəfini də unutmamalıyıq. Geri dön |