Ana Sayfa > Xəbər > Gəncədə evləri qarət edənlər saxlanılıb
Gəncədə evləri qarət edənlər saxlanılıb10-11-2015, 13:41. Yazar: admin |
Gəncə şəhərində oğurluqla məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, oğurluq hadisəsi ötən il martın 8-də baş verib. Belə ki, Əlizamin Əsədova məxsus evdən 2000 manat və qızıl əşyalar oğurlanıb. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qarəti törətmiş Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Faiq Nəcəfov və Ruslan Novruzlu tutulublar. Geri dön |