Ana Sayfa > Xəbər > Kişilərdə qadın hormonları çoxalır, kişiliyin forma və məzmunu dəyişir – ŞOK
Kişilərdə qadın hormonları çoxalır, kişiliyin forma və məzmunu dəyişir – ŞOK10-11-2015, 13:28. Yazar: admin |
Həyatda olan hər bir cismin, ismin forma və məzmun xüsusiyyəti var. Forma zahirə nüfuz etdiyi kimi, məzmun da daxilin, görünməyən kateqoriyanın xüsusiyyətlərini əks etdirir. Bütün var olanlar kimi insan da forma və məzmuna sahibdir. Düşünürük ki, insanın forma olaraq təsviri ilə, məzmun etibarilə dəyərliliyini izah etməyə o qədər də ehtiyac yoxdur. Aristoteldən tutmuş Nəsirəddin Tusiyə qədər, Abbasqulu ağa Bakıxanovdan Azad Mirzəcanzadəyə qədər bütün böyük alimlər forma ilə məzmunun vəhdətini idellığa aparan yol kimi görüblər. Lakin çox təəssüflər olsun ki, zamanın və məkanın təsirindən asılı olaraq bəzi xarakterlərin dəyişməsi, assimilyasiya olunması insanda həm məzmun, həm də forma dəyişikliyi yaradır. Vaxtilə cəmiyyətdə nüfuzlu məqamlardan biri sayılacaq kişilik kultunun zəifləməsi də bu cür forma və məzmunun itməsinə işarədir. Bəzi kişilərin məzmun etibarilə dəyişməsi yəqin ki, çoxlarının gözündən qaçmaz. Etiraf etmək gərəkdir ki, bu gün cəmiyyətdə kişilik kultunun tələb etdiyi xüsusiyyətlər – qətiyyət, konkretlik, təmkinlilik, dözümlülük, çətinliyə sinə gərmək, mübarizlik və s. əksər kişilərin qismində o qədər də çox yaşamır. Halbuki kişinin məzmununu məhz yuxarıdakı kriteriyalar formalaşdırır. Modern.az-ın sosiopsixoloji problem kimi hazırladığı mövzuya açıqlama verən tanınmış yazıçı, əsərlərində bu mövzuya kifayət qədər toxunan Azad Qaradərəli maraqlı yanaşması ilə çıxış edib. “Kişilik anlayışı niyə urvatdan düşür get-gedə? Bir “sən öl”ə qan bağlayan kişilərin övladları indi biri-birini ittiham etmək üçün günlərlə məhkəmələrdə olur, biri-birini şərləyir, kişiyə yaraşmayan işlər görürlər. Kişilik, hər şeydən əvvəl, dilimizdə cinsi anlayışıdır. Yəni ilk olaraq bu erkəklik anlamına gəlir. Amma dilimizdə “Aslanın erkəyi, dişisi olmaz” deyimi də var axı. Bəs nədi kişini və kişiliyi gözdən salan? Hər şeydən əvvəl, cəmiyyətdə bərabərsizliyin yaratdığı qütbləşmə. Heç bir mənəvi keyfiyyəti olmayanlar birdən-birə rüşvət və korrupsiya yolu ilə varlanırlar. Belələrinə adamlar “kişi gəldi”, “Kişi getdi” deyir və bununla da əsl kişilər ailədə, cəmiyyətdə gözdən salınır. Vaxtilə papağıyla, silahıyla, atıyla və verdiyi kişi sözüylə tanınan kişiləri indi pullu, fəqət ədalət hissindən mərhum kişilər əvəz edir. Belələrinin qabağında insanlar mil durur, qadınlar payəndaz olur... Bununla da sanki cəmiyyətdə mühüm insani keyfiyətlərin gözdən salınması prosesi gedir. Vəhşi kapitalizmin cəngəllik qanunlarının hökm sürdüyü zamanda kişilik anlayışı mənasızlaşır. Hətta iş o yerə çatır ki, kişilərdə qadın hormonu artır, cəmiyyətdə qadınlığa meylin artması fantastik həddə çatır. Bu bir tərəfdən təbiətdən gəlmə, infrastrukturdan doğma xəstəlikdirsə (40 günə hala gələn broyler toyuqları, heç bir ətə aidiyyatı olmayan “halal-haram” kolbasaları, zərərli fast-fudlar və sair) digər tərəfdən cəmiyyətin doğurduğu anti-humanist təzahürlərdir”. Geri dön |