Ana Sayfa > Xəbər > Rusiyaya benzin satışı dayandırıldı
Rusiyaya benzin satışı dayandırıldı6-04-2015, 13:26. Yazar: admin |
Rəsmi Minsk Rusiyaya benzin satışını dayandırıb. Bu, qiymət dəyişikliyi ilə bağlıdır. Belə ki, Belarus istehsalçıları üçün Rusiya rublunun məzənnəsinin düşməsi sərfəli deyil. ANS PRESS-in məlumatına görə, Belarus baş nazirinin müavini Vladimir Semaşko bildirib. O deyib ki, Rusiya özünün qiymət siyasətinə dözür, bu gün orada heç bir sahədə, o cümlədən yanacaq sektorunda qiymət artmır. Əgər yaxın vaxtlarda benzinin bir litrə görə dəyəri 90 sentə çatırdısa, bu gün benzinin markasından asılı olaraq 50-54 sentə bərabərdir. Belə vəziyyətdə Belarus ixracatçıları üçün Rusiyaya benzinin çatdırılması təxminən 1 ton üçün 100 dollar zərər verir: "Biz buna icazə verə bilmirik. İndi bu vəziyyətdən süni istifadə edirlər. Bizim qərarımız Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması haqqında razılaşmaya uyğundur." Onun sözlərinə görə, əgər neft məhsullarının qiyməti yenə aşağı düşərsə, məhsulumuzu başqa bazara satmaq fikrindəyik. Biz belə məhsulları müvəqqəti dayandırmaq hüququna malikik. Ekspertlərin fikrincə, rublun devalvasiyasına görə Rusiyada neft məhsullarına qiymətlər aşağı düşür və bu da ixracatçılar üçün paritet daşımır. Belə olan halda Belarusa benzini başqa ölkələrə satmaq daha əlverişlidir. Geri dön |