Ana Sayfa > Xəbər > Erməni KİV: Rusiya Qarabağı gizli Azərbaycana qaytarır

Erməni KİV: Rusiya Qarabağı gizli Azərbaycana qaytarır


10-11-2015, 11:35. Yazar: admin
Erməni KİV: Rusiya Qarabağı gizli Azərbaycana qaytarır
Rusiya Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycana geri qaytarılması ilə bağlı gizli prosesə başlayıb.

Bu barədə AzVision.az “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.

“Rəhbərlikdə təmsil olunan mənbələrin sözlərinə görə, Rusiya Ermənistanı bir neçə rayonu Azərbaycana qaytarmağa inandırmağa çalışır. Bunun nəticəsində rəsmi Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olacağına ümid edir. Mənbənin dediyinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfərinin əsas mövzusu məhz bu olub”, - deyə qəzet qeyd edib.

Geri dön