Ana Sayfa > Xəbər > İntiharlarla bol olan cənnət: Bergen - FOTOLAR

İntiharlarla bol olan cənnət: Bergen - FOTOLAR


6-04-2015, 13:17. Yazar: admin
İntiharlarla bol olan cənnət: Bergen - FOTOLAR
Bergen şəhəri Norveçin ikinci ən böyük şəhəridir. Şəhər Atlantik okeanına daxil Norveç dənizinin sahillərində, ölkənin cənub - qərbində yerləşir. Özünə bağlı olan adaların verdiyi gözəllik, Atlantik okeandan axan isti cərəyan - Qolfstrimin yaratdığı gün ərzində mütəmadi temperatur dəyişikliyi şəhərin özəlliyini təşkil edir.

Golfstrim cərəyanına görə, Norveçin ən isti və yağışlı şəhəri hesab olunur. İlin ortalama 275 günü yağış yağır. Günəşli günlərin sayının azlığı intiharların səbəblərindən biri və əsası hesab olunur. İntihar sayına görə ölkədə və Skandinaviyada ilk yerdə hesab olunur. Bunu turist təəssüratları ilə hiss etmək olmaz, çünki şəhər təbiətlə harmoniyaya girib elə bir gözəllik yaradır ki, onu insan üçün yer üzündə cənnət hesab etmək olar, amma daimi sakinlər üçün bu gözəllik sadəcə göz vərdişidir. Yaşam üçün günəşə ehtiyac var.

Bergen şəhəri yarımadada yerləşdiyi üçün dəniz ticarəti üçün strateji bölgə olub. 1070-ci illərdə salınan şəhər XII əsrdən 1830-cu ilə qədər ölkə paytaxtı, indi isə krallığın kültür mərkəzi hesab olunur.

Bergen balıqçılığı ilə də ün salmış bir yerdir. Hər gün sübh tezdən şəhərin dəniz sahillərində qayıqlar lövbər salır, gecəni dənizdə keçirmiş yüzlərlə balıqçı sahildə dəniz məhsulları satırlar. Bergendə balıqçılıq ənənəsi Vikinqlər zamanına qədər uzanır. Hətta şəhərin mərkəzində “taxta şəhər” hesab olunan balıqçı qəsəbəsi var. Orta Əsrlər zamanı balıqçıların yaşayış yeri olan bura indi muzey və mağazalardan ibarətdir.

Bergen həm də Eduard Grieg-in vətəni kimi tanınır. Romantik dövrün norveçli dünyaca məşhur bəstəkarı və pianisti E. Grieg (1843-1907) bu şəhərdə doğulmuş və bu şəhərdə ömrünü keçirərək yaratmışdı. Onun yaşadığı ev indi adını daşıdığı ev muzeyidir. Bəstəkarın evinin pəncərələri dənizə bir gözəllik kimi açılır. Onun evində və həyətində gəzişərkən adam onun belə məşhur bəstəkar olduğunu təsadüfü hesab etmir, belə təbiətdən bu cür böyük insanın çıxması normal deyilmi?

İntiharlarla bol olan cənnət: Bergen - FOTOLAR
İntiharlarla bol olan cənnət: Bergen - FOTOLAR
İntiharlarla bol olan cənnət: Bergen - FOTOLAR
İntiharlarla bol olan cənnət: Bergen - FOTOLAR
İntiharlarla bol olan cənnət: Bergen - FOTOLAR

Geri dön