Ana Sayfa > Xəbər > “Mənzil bazarında ucuzlaşma 2016-cı ilə qədər davam edəcək”
“Mənzil bazarında ucuzlaşma 2016-cı ilə qədər davam edəcək”10-11-2015, 11:33. Yazar: admin |
Ötən həftə Azərbaycan birjalarında dollar manata nisbətən dəyər yüksəlişi etdi. Buna müvafiq olaraq da avro dollara nisbətən dəyər itkisi ilə üzləşdi. Neftin qiymətlərinin iki dəfədən də artıq aşağı düşdüyü bir zamanda baş verənlər ölkənin mənzil bazarında da qiymətlərin bir xeyli düşməsinə gətirib çıxardı. Ekspertlər, 3,5 – 5 faiz arasında mənzillərdə ucuzlaşma olduğunu bəyan etdilər. Bəs bu ucuzlaşmanın pərdəarxası səbəbləri nələrdir? Mənzil bazarındakı ucuzlaşma daha çox kimə xeyir gətirəcək? Bundan sonra evlərin qiyməti ucuzlaşmaya doğru gedə biləcəkmi və ya bu hal müvəqqətidir? Bütün bu sualları Hafta.az-a şərh edən mənzil bazarı üzrə ekspert, Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Sənan Yəhya bildirib ki, bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qİymət tələb və təklif əsasında formalaşır: “ Azərbaycan Respublikasının milli pul vahidi manatın fevral ayında devalvasiya prosesinə məruz qalması, ümumi iqtisadiyyata mənfi təsir etdi. Əmtəə bazarında ərzaq və sairə məhsulların qiymətində bahalaşma olsa da mənzil bazarında ucuzlaşma prosesi baş verdi və bu proses davam edir. Ev bazarında qiymətlərin enməsi o demək deyil ki, bazar tələbatı ödəyir. Əsala belə deyil. Azərbaycan Respublikasına mənzil bazarı bir çox amillərin təsiri ilə formalaşır. İqtisadi tədqiqatıların nəticələərinə görə, məzil bazarının tisiklı 19 ildir. Yəni bu bazarda tələb və təklifin tarazlaşması prosesinin periodu 19 il davam edir. Ölkənin mənzil bazrında qiymətlərin formalaşmasına əhalinin miqrasiyası, əhalinin son 10 ildə 10 % dən artıq çoxalması, regionların məhsul buraxma qabiliyyətində 81% Bakı şəhərində olmasıdır. Üstəlik, investorların xərclərinin yüksək olması, xaricidə yaşayan vətəndaşların ölkədə daşınmaz əmlak sahibi olmaq isdəkləri və daşınmaz əmlak ticarətinin inkişaf etməsi də bu prosesə təsir edir. İndiki ucuzlaşmaya daha çox manatın dollara nisbətədə ucuzlaşması vətəndaşlar və əmlak ticarəti üzrə investorları gözləmə mövqeyində saxlayır. Xüsusən də investorların pul bazarına meyl etməsi psixoloji təsirləri gücləndirir. Ümumi olaraq baş verən prosesləri nəzarətdə saxlamaq üçün mənzil bazarında qiymətlərin formalaşmasını tək dünya bazarı ilə əsaslandırmaq və müşahidəçi qismində durmaq olmaz. Qiymətlərin enməsi prosesinin davam etməsi investorları bu sahəyə sərmayə yatırma təşəbbüslərini zəiflədir. İş yerləri bağlanır. İş yerləri bağlanırsa dövlət büdcəsinin gəlirləri aşağı düşür. Qiymətlərin qalxması insanların həyat şəraitinə mənfi təsir edir”. Mənzil bazarı üzrə ekspert hesab edir ki, ucuzlaşma dünya bazarında baş verən iqtisadi və siaysi proseslərin qiymətləndirilməsini dögön aparan investorlar gəlir gətirəcək: “Müşahidələr göstərir ki, iqtisadi artımda baş verən geriləmə nağd pul vəsaitlərəinə tələbatı artırıb. Vətəndaşlar, kiçik və orta biznes sahibləri banklardan götürdüyü kreditləri ödəmək və bizneslərini qorumaq zərurətindən nağd pula olan tələbatlarını qarşılamaq üçün əmlaklarını mövcud bazar qiymətinə satacaqlar. Bu proseslər bazarda mənzil təklifini artmasına təsir edir”. Ekspert Sənan Həhya hesab edir ki, bu ucuzlaşma hələ bir xeyli müddət davam edəcək: “Müşahidələr göstərir ki, dünya bazarında gedən iqtisadi və siyası proseslər bir başa və dolayı formada Azərbaycan iqtisadiyyaatına təsir edir. Mənzil bazarında qiymətlərin enməsi prosesinə 2016 - cı ilin birinci yarısına kimi davam edəcəyi gözlənilir. Neftin dünya bazarında ucuzlaşması barəsinidə proqnozlar və dolların bahalaşması mənzil bazarına mənfi təsi edəcək”. Geri dön |