Ana Sayfa > Xəbər > Ərdoğan: “Atatürk baş komandan olaraq...”
Ərdoğan: “Atatürk baş komandan olaraq...”10-11-2015, 10:54. Yazar: admin |
Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk vəfatının 77-ci ildönümündə yad edilib. Axar.az xəbər verir ki, Atatürk həftəsi mərasimləri bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə 11:05-də “Anıtqəbir”ə çələng qoyulması ilə başlayacaq. Atatürkün əbədiyyətə qovuşduğu 11:05 saatı bütün Türkiyə daxilində siqnallar verilərək yad ediləcək. “Anıtqəbir”ə ziyarətçi axını dünəndən etibarən davam etməkdədir. “Anıtqəbir” bu gün saat 22:30-a qədər açıq olacaq. Türkiyə Prezidenti R.T.Ərdoğanın bu gün münasibətilə yayımladığı mesajı təqdim edirik: “Bütün dünyanın sevgisini qazanmış istisna şəxsiyyətlərdən biri olan Qazi Mustafa Kamal baş komandan olaraq əldə etdiyi zəfərlər və banisi olduğu Cümhuriyyətimizlə hörmətli lider olaraq tarixə adını yazdırıb. Qazi Mustafa Kamalin “ən böyük əsərim” dediyi və gələcək nəsillərə əmanət etdiyi Türkiyə Cümhuriyyətini əcdadımızdan aldığımız güc və ilhamla daha da yüksək səviyyəyə qaldırmaq, daha güclü ölkəyə çevirmək üçün mübarizə aparırıq. Türkiyə demokratiyada və inkişafda, xüsusilə son 13 ildə çox önəmli məsafə qət edib. Bununla yanaşı, coğrafiyamızdakı min illik varlığımızın hər anında olduğu kimi, bu gün də millətimizin birliyinə, ölkəmizin bütünlüyünə qarşı hücumlarla qarşı-qarşıyayıq. Ölkə və millət olaraq, varlığımıza qarşı yönəlmiş təhdidlərin öhdəsindən gəlmək üçün həyata keçirdiyimiz mübarizədə verdiyimiz itkilərin, xüsusilə də şəhidlərimizin ağrısını ürəyimizdə daşıyırıq. Bu hücumların qarşısında “Tək millət, tək bayraq, tək vətən, tək dövlət” ideyası ətrafında həyata keçirdiyimiz mübarizənin uğurla başa çatacağına şübhə etmirik. Qazi Mustafa Kamal bu millətin ən çətin vaxtında liderlik etdiyi istiqlal yolunda mübarizəsini uğurla başa çatdırıb. Biz də bu gün ölkəmizdə və bölgəmizdə yaşanan hadisələr qarşısında eyni mübarizə yolu ilə davam edirik”. Geri dön |