Ana Sayfa > Xəbər > Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi


9-11-2015, 12:48. Yazar: admin
Millimizin heyətində dəyişiklik edildi
Azərbaycan milli komandasının noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu üçün açıqlanmış heyətində dəyişiklik edilib.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Almaniyanın “Karlsrue” klubunun üzvü Dmitri Nazarov zədələndiyi üçün millinin toplanışında iştirak etməyəcək.

Heyətlə bağlı daha bir yenilik baş məşqçi Robert Prosineçkinin “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanovu milli komandanın toplanışına dəvət eməsidir.

Geri dön