Ana Sayfa > Xəbər > Sığorta şirkətlərindən prezidentə şikayətlər artıb
Sığorta şirkətlərindən prezidentə şikayətlər artıb6-04-2015, 12:40. Yazar: admin |
Azərbaycanda sığorta şirkətlərindən Prezident Administrasiyasına şikayət halları artıb. Fins.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu”nda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov məlumat verib. Onun sözlərinə görə, 2014-cü ildə dövlət başçısına 738 sığorta ödənişindən imtina halından şikayət ünvanlanıb. Bu ilin ilk 2 ayında isə bu rəqəm 170 olub: “Bu, sığorta bazarının genişlənməsi ilə bağlıdır. Sığorta şikayətlərinin araşdırlması üçün komissiya yaradılıb. Komissiya sığorta agentlərinin də fəaliyyətini araşdırıcaq. Hər həftənin çərşənbə günü isə açıq qapı günü elan edilir. Burada vətəndaşların ünvanladığı şikayətlər və ərizələr araşdırır. Sabah bununla bağlı 7 sığorta şirkəti ilə də görüşəcəyik Geri dön |