Ana Sayfa > Xəbər > “Müsəlman Birliyi Hərəkatı" nın QMİ ilə heç bir əlaqəsi yoxdur - RƏSMİ AÇIQLAMA
“Müsəlman Birliyi Hərəkatı" nın QMİ ilə heç bir əlaqəsi yoxdur - RƏSMİ AÇIQLAMA6-11-2015, 15:44. Yazar: admin |
Xəbər verdiyimiz kimi dünən Suraxanı Rayonu Polis İdarəsinin qarşısına toplaşan bir qrup dindar etiraz aksiyası keçirib. Onların narazılığına səbəb “Müsəlman Birliyi Hərəkatı"nın idarə heyətinin sədri Elçin Qasımovun saxlanması olub. İdarə qarşısına toplaşan yüzlərlə şəxs Elçin Qasımovun azad olunmayacağı halda, binanın qarşısından bir yerə ayrılmayacaqlarını deyiblər. Nəticədə hadisə yerinə gələn polis və dindarlar arasında qarşıdurm yaşanıb. 20-yə yaxın dindaraın saxlandığı aksiya zamanı polis etirazların böyüməsinin qarşısını alıb. Məsələ ilə bağlı hafta.az-a açıqlama verən keçmiş polis rəisi, ekspetr Mahmud Hacıyevin sözlərinə görə, istənilən vətəndaşın qanunlar çərçivəsində baş vermiş hadisəyə etiraz etmək hüququ var: “Qanunvericilikdə insanların etiraz hüququ açıq formada öz əksini tapır. Fərqi yoxdur dindar, həkim, polis, jurnalist yaxud da başqa sahənin insanı. Kimsə baş vermiş hadisəyə etiraz etmək istəyirsə bu onun hüququdur. Əgər etirazçılar qanunun tələblərinə zidd çağırışlar etmirsə, ictimai-qayda qanunu pozmursa onlara müdaxilə olunmamalıdır. Əksinə polis bu aksiyanı mühafizə etməlidir. Etiraz hüququndan istifadə edən şəxslər digər insanların hüququnu məhdudlaşdırmamalı, yolları bağlamamalı, insanların istirahətinin pozulmasına səbəb olmamlıdılar. Bunun özü də qanunla təsbit olunub. İstər dünənki, istərsədə başqa vaxt baş tutan aksiyada iştirakçılar qanun çərçivəsindən kənara çıxırsa təbii ki, bunun qarşısı alınmalıdır”. Baş vermiş aksiyadan dərhal sonra “Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırzadə öz facebook səhifəsindən məlumat paylaşaraq bildirib ki, hüquqa zidd addım atan şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Hadisə ilə bağlı hafta.az-a açıqlama verən Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi ki, “Müsəlman Birliyi Hərəkatı" nın QMİ ilə heç bir əlaqəsi yoxdur: "Onlar qeyri-hökumət təşkilatıdır. Dövlət tərəfindən də heç bir qeydiyyatları yoxdur. Bu qurumun bizim təşkilatla heç bir əlaqəsəi olmadığına görə, biz onlar haqda məlumat verə bilmərik”. Hafta.az-a bu dəqiqələrdə daxil olan xəbərə görə, Elçin Qasımov Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 sutka müddətinə azadlıqdan məhrum edilib. Hazırda dünən baş tutmuş aksiyada iştirak edərək polisə müqavimət göstərən şəxslər də məhkəmə qarşısına çıxarılaraq mühakimə olunmaqdadır. Artıq onların da bir neçəsinə sutkalıq azadlıqdam məhrum etmə hökmü oxunub. Geri dön |