Ana Sayfa > Xəbər > Erməni KİV: “Hamımız dilənçi günündəyik” - Video

Erməni KİV: “Hamımız dilənçi günündəyik” - Video


6-04-2015, 12:33. Yazar: admin
Erməni KİV: “Hamımız dilənçi günündəyik” - Video
“Ovik Abramyan bizim baş nazirimiz olduğuna görə utanırıq”.

Axar.az xəbər verir ki, bunu erməni mətbuatına İrəvan sakinləri deyib.

Sorğu İrəvanda keçmiş baş nazir Tiqran Sərkisyanın istefasından bir sonra keçirilib.

“Tiqran Sərkisyanın istefasından sonra heç nə dəyişməyib, yenə iş yerləri yoxdur, zavodlar işləmir, korrupsiya genişlənir. Vədlər verilir, amma yerinə yetirilmir. Dünya Bankının investisiyalarını qəbul edirlər, pullar isə ciblərə gedir”, - İrəvan sakinləri deyib.

Sakinlər hesab edir ki, onların baş naziri savadsızdır:

“Bir müddət əvvəl o, Medvedyevlə görüşəndə biz utandıq. O, hətta salamlaşmanı da kağızdan oxudu”.

“Bizdə ümidsizlik baş alıb gedir, hamı dilənci vəziyyətinə düşüb”, - sakinlər bildirib.



Geri dön