Ana Sayfa > Xəbər > `Ucarlıyam, Belçika vətəndaşı deyiləm` - Kürdəmirin deputatı

`Ucarlıyam, Belçika vətəndaşı deyiləm` - Kürdəmirin deputatı


6-11-2015, 15:11. Yazar: admin
`Ucarlıyam, Belçika vətəndaşı deyiləm` - Kürdəmirin deputatı
“Müslüm Məmmədov Belçika Krallığının vətəndaşı deyil. O, Ucarda dünyaya gəlib, ucarlıdır”.

Bunu AzVision.az -a açıqlamasında Milli Məclisə keçirilən V çağırış seçkilərində ilk dəfə millət vəkili adını qazanan Müslüm Məmmədovun vəkili Samir Şükürov deyib.

O, 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilən Müslüm Məmmədovun Belçika vətəndaşı olması ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirib: “Müslüm müəllim hazırda Brüsseldədir. Onunla indi əlaqə saxladım. Dedi ki, işləri ilə əlaqdar olaraq Belçikaya gedib. O, bildirdi ki, mətbuatda barəsində yayılan xəbərlər yalandır, belçikalı deyil, ucalıdır. Hazırda da Ucra rayonunda qeydiyyatdadır. Bir neçə gündən sonra o, Azərbaycana gələcək.

Müslüm Məmmədov ailəlidir. Onun 35 yaşı var. Xaricdə təhsil alıb, Azərbaycanda yaşayır. Sadəcə o, Belçikada şəxsi işləri ilə məşğuldur”.

Samir Şükürov bildirib ki, Müslüm Məmmədov seçkilər ərəfəsində Kürdəmirdə seçiciləri ilə çoxsaylı görüşlər keçirib: “Belə görüşlərin sayı 20-dən çoxdur. Ona görə də seçiciləri ona səs verib, deputat seçiblər”.

Geri dön