Ana Sayfa > Xəbər > AZAL-ın “qara siyahısı”na düşənlərin sayı AÇIQLANDI
AZAL-ın “qara siyahısı”na düşənlərin sayı AÇIQLANDI6-11-2015, 14:11. Yazar: admin |
“Hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) “qara siyahısı”na daxil olan şəxslərin sayı 104 nəfərdir”. Bu haqda Modern.az saytına AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. O, qeyd edib ki, sərnişinlərin "qara siyahı"ya düşməsinin bir neçə səbəbi var: “Sərnişinlər daha çox kobud davranış, təyyarədə siqaret çəkmək, hava gəmisinin qapısının açılması, ekipaj üzvləri ilə kobud davranış, təhlükəsizlik qaydalarının pozulması və cinayət əlamətinə (oğurluq) görə “qara siyahı”ya salınır”. AZAL-ın “qara siyahısı”na düşənlərə Azərbaycan Hava Yollarının təyyarələrinə bilet satılmır. AZAL “Arzuolunmaz sərnişinlər” siyahısını ictimaiyyətə açıqlamır. Bu, yalnız sərnişinlərin özünə elan olunur. AZALrəsmisi bildirib ki, hazırki "qara siyahı"da üstünlük təşkil edənlər Azərbaycan vətəndaşlarıdır. Bununla yanaşı, Gürcüstan, Rusiya, Ukrayna və Türkiyənin bir neçə vətəndaşı da AZAL-ın “Arzuolunmaz sərnişinlər” siyahısına düşüb. Geri dön |