Ana Sayfa > Xəbər > "14 il acı çəkmişəm"

"14 il acı çəkmişəm"


6-11-2015, 13:03. Yazar: admin
"14 il acı çəkmişəm"
Əməkdar artist Zöhrə Abdullayeva “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni həyat yoldaşı ilə bağlı sualları cavablandırıb:

“Həyat yoldaşım ölüb, onun haqda danışmaq istəmirəm. Mənə çox əziyyət verib. 14 il acı çəkmişəm. Ondan sonra Allah mənə işiqlı dünya bəxş edib. Kaş 30 il əvvəl belə həyatım olardı. Mən yalnız canavaram. Rəfiqəm ola bilməz. Canavar kimi yaşayıram. O qədər zərbələr almışam ki... Heç kim məndən inciməsin, yaxınlıq etdiyim xanımlara rəfiqə demirəm. İndi rəfiqə ərinə paxıllıq edir, nömrə ötürür. Qızlara deyirəm ki, rəfiqəniz olmasın.
Elə xanımlar var ki, halal kişiyə rast gəlir, amma ona xəyanət edir. Həyatda düz olmaq lazımdır. Nəyinsə xatirinə kişi yalan danışırsa, günahdır. Kişilərin “Həyatım, sənsiz yaşaya bilmərəm” sözlərinə inanmayın, yalandır. Kişi qadını ağladırsa, onda inanın”.

Geri dön