Ana Sayfa > Xəbər > Fermerlərə kredit verilməsilə bağlı Nazirlik tərəfindən hökumətə təklif verilə bilər - Heydər Əsədov
Fermerlərə kredit verilməsilə bağlı Nazirlik tərəfindən hökumətə təklif verilə bilər - Heydər Əsədov6-11-2015, 12:41. Yazar: admin |
“Kənd Təsərrüfatı Nazirliyi fermerlər ilə illik məhsul istehsalının planlaşdırılmasını həyata keçirmir”. Bunu SalamNews-a açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. O bildirib ki, nazirlik məhsul istehsalı ilə bağlı fermerlər üçün proqnozlaşdırma aparmır, sifariş verib almır. “Məsələn böyük pambıq şirkəti olan "MKT İstehsalat Kommersiya" pambıq sahəsində fermerlərlə müqavilə bağlayır ki, istehsal sona çatanda məhsulu mən alacam. Bir növ tədarükçü xarakterli müəssisələrlə fermerler arasında məhsul istehsalı ilə bağlı məsləhətlər aparılır”, – deyə Nazir bildirib. H.Əsədov vurğulayıb ki, fermerlərə elektron formatda güzəştlərin verilməsi istiqamətində işlər davam etdiriləcək: "Fermerlərə kredit verilməsini stimullaşdırmaq üçün lazım olarsa Kənd Təsərrüfatı Nazirliyi Hökumətə təklif verə bilər. Bu işdə məqsəd fermerlərə məhsullarını istehsal etmək və bazara çıxarmaq üçün güzəşt və dəstəyin artırılmasıdır. KTN beynəlxaq əlaqələrini artıracaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO-nun Bakıda bir neçə ofisi açılıb. Bu sahədə FAO ilə əməkdaşlığımız daha da genişləndirəcəyik." Geri dön |