Ana Sayfa > Xəbər > Samira: "Ən bahalı saatımı 700 manata almışam"
Samira: "Ən bahalı saatımı 700 manata almışam"6-11-2015, 12:21. Yazar: admin |
Müğənni Samira Allahverdi hobbisindən danışıb. Axşam.az-a açıqlama verən sənətçi saat kolleksiyası yığdığını deyib: “Evimdə saatdan yer yoxdur. Artıq başqalarına hədiyyə verirəm. Ən bahalı saatımı 700 manata almışam. Düzdür, 40-50 minlik saatlar da satılır. Amma onları almağı lazımsız bilirəm. Kişi saatlarını xatırladan modelləri bəyənirəm”. S.Allahverdi ən böyük arzusundan da danışıb. Evi olmayan müğənni bunla bağlı sualları da cavablandırıb: “Ən böyük arzularım konsert verməkdir. İstədiyim kimi evim yoxdur, amma buna pis də olmuram. Mən müğənniyəm, sərbəst olmağı xoşlayıram. Yaşadığım evin şəraiti rahat olmağıma imkan vermir. Samiranın ən böyük arzusu Məkkəyə, Həcc ziyarətinə getməkdir”. Geri dön |