Ana Sayfa > Xəbər > Dilçilik İnstititu: Monitorinqin nəticələri çox acınacaqlıdır
Dilçilik İnstititu: Monitorinqin nəticələri çox acınacaqlıdır6-11-2015, 12:04. Yazar: admin |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Bakının Səbayel, Nərimanov və Nəsimi rayonlarındakı küçə adları, reklam lövhələri, afişa və elanlarda ədəbi dilin işlənməsi vəziyyəti ilə bağlı aparılan monitorinq yekunlaşıb. Bunu Trend-ə İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib. Q.Məhərrəmlinin sözlərinə görə, monitorinqin nəticələrinin noyabrın 20-dən sonra açıqlanması nəzərdə tutulur: “Monitorinqin nəticələri çox acınacaqlıdır. Yalnız Nərimanov rayonunda 700-ə yaxın reklam lövhəsinin 200-də Azərbaycan dilində yazı yoxdur. Belə nöqsanlar barədə müvafiq təşkilatlara müraciət ediləcək”. Geri dön |