Ana Sayfa > Xəbər > Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən 41 nəfəri saxladı

Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən 41 nəfəri saxladı


6-11-2015, 11:01. Yazar: admin
Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən 41 nəfəri saxladı
İstanbulda Terrorçuluğa Qarşı Mübarizə və İnformasiya Şöbəsinin ötən gecə Atatürk hava limanında keçirdiyi antiterror əməliyyat nəticəsində 41 sərnişin saxlanılıb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar İstanbula Mərakeşin Kasablanka şəhərindən gəliblər. Şübhəlilərdən 40-ı Mərakeş, biri isə Suriya vətəndaşdı.

Xəbərə görə, dindirmə zamanı onlardan bəziləri Suriyada İŞİD-ə qoşulmaq istədiklərini bildiriblər. Şübhəlilərin 20-si Türkiyədən deportasiya olunub. Qalan 21 nəfərin isə bu gün ölkələrinə göndəriləcəyi gözlənilir.

Geri dön