Ana Sayfa > Xəbər > Hutilər Ədəndə irəliləyir

Hutilər Ədəndə irəliləyir


6-04-2015, 11:59. Yazar: admin
Hutilər Ədəndə irəliləyir
Yəməndə şiə huti qiyamçılarının ölkənin ikinci paytaxtı sayılan Ədəndə irəliləməsi barədə məlumatlar gəlir. 11 gündür Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənə zərbələr endirir. Ancaq qiyamçıların aprelin 5-də ağır döyüşlərə baxmayaraq, şəhərin mərkəzinə doğru irəlilədiyi bildirilir.

Koalisiya isə paytaxt Sanaada və şimalda Saada ərazisinə zərbələri endirməkdədir.

BMT-nin məlumatına görə, son 2 həftədə prezident Abd-Rabbu Mansur Hadi-yə sadiq qüvvələr ilə qiyamçılar arasında Ədəndə gedən döyüşlərdə 500-dən çox ölən olub.

Rusiya aprelin 4-də BMT-nin Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edərək Səudiyyəni hava kampaniyasında humanitar fasilə verməyə çağırıb.

Qırmızı Xaç təşkilatı da ailələrə yardım çatdırılması üçün 24 saatlıq atəşkəsə çağırıb.

Geri dön