Ana Sayfa > Xəbər > Məşhur aşıq Yeraz Ermənistanda öldürüldü

Məşhur aşıq Yeraz Ermənistanda öldürüldü


5-11-2015, 12:51. Yazar: admin
Məşhur aşıq Yeraz Ermənistanda öldürüldü
Ermənistan paytaxtı İrəvanda ötən gün yol nəqliyyat hadisəsi baş verib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində 69 yaşlı qadın hadisə yerində ölüb.

Ermənistan polisinin məlumatına görə, naməlum şəxs avtomobillə qadını vurduqdan sonra dərhal ərazidən uzaqlaşıb.

Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Hadisənin baş vermə səbəbləri və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

shamshyan.com portalı yazır ki, qəza nəticəsində ölən şəxs Emma Ovannisyan məşhur aşıq Yerazdır.

Geri dön