Ana Sayfa > Xəbər > Vyetnamda ölkəni timsah basıb: sakinlər qorxu içindədir

Vyetnamda ölkəni timsah basıb: sakinlər qorxu içindədir


5-11-2015, 11:32. Yazar: admin
Vyetnamda ölkəni timsah basıb: sakinlər qorxu içindədir
Vyetnamda ölkəni timsahlar basıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb. Məlumata görə, Vyetnamda bir fermanı sel basıb. Nəticədə, fermadan 580 timsah qaçıb. Bildirilir ki, indiyə kimi 60 timsah tapılaraq, fermaya geri gətirilib.

Fermadan qaçan timsahlar şəhərin ətrafına yayılıb və hadisə ölkədə təşvişə səbəb olub.
Ac timsahlar evlərə üzv tutmağa başladığı üçün xalq qorxu içindədir.

Yaranmış vəziyyətlə əlaqədar əsgərlər və polislər səfərbər olunub.

Geri dön