Ana Sayfa > Xəbər > Rumıniyada etirazlar davam edir

Rumıniyada etirazlar davam edir


5-11-2015, 11:28. Yazar: admin
Rumıniyada etirazlar davam edir
Minlərlə rumıniyalı noyabrın 4-də artıq ikinci gecə Buxarest küçələrinə çıxıb. Bir gün öncə onların tələbiylə baş nazir Victor Ponta istefa vermişdi.

Nümayişçilər erkən seçilər və siyasi islahatlar tələb edirlər.

Buxarestdə gecə klubunda 30-dan çox insanın həyatına son qoyan yanğın bu etirazlara gətirib. Artıq etirazlar digər şəhərlərə yayılmaqdadır.

Noyabrın 5-də prezident Klaus Iohannis-in baş nazir seçmək və yeni hökumət formalaşdırmaq məqsədilə siyasi partyalarla məsləhətləşmələrə başlayacağı gözlənir.

Geri dön