Ana Sayfa > Xəbər > Siyavuş Novruzov seçkidə özbaşına iştirak edən YAP-çılara qarşı hansı qərarın olacağını AÇIQLADI

Siyavuş Novruzov seçkidə özbaşına iştirak edən YAP-çılara qarşı hansı qərarın olacağını AÇIQLADI


4-11-2015, 16:23. Yazar: admin
Siyavuş Novruzov seçkidə özbaşına iştirak edən YAP-çılara qarşı hansı qərarın olacağını AÇIQLADI
Hafta.az-ın daha əvvəl də xəbər verdiyi kimi, parlament seçkiləri öncəsi hakim yeni Azərbaycan Partiyasından (YAP) izinsiz bir neçə YAP-çı parlament seçkilərinə namizədliyini irəli sürmüşdü. Bu da öz növbəsində hakim partiyanın nüfuzuna zərbə vurmaqla yanaşı, rəsmi namizədlərinə alternativlik yaratmışdı.

Bunlardan Əməkdar artist Elza Seyidcahan isə lap səsli-küylü namizədlər arasında yer alırdı. Hətta Elza xanım YAP namizədi olaraq digər hakim partiya təmsilçisinin ona hədə-qorxu gəldiyini də bəyan etmişdi.

Bəs hakim partiya YAP-ın adına, nüfuzuna zərbə vuracaq “qeyri-rəsmi” namizədləri ilə məşğul olacaqmı? Onlar partiyadan kənarlaşdırıla bilərmi?

“Seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunduqdan sonra partiyanın rəhbər strukturu seçkinin yekunu ilə bağlı toplantı keçirəcək. Bu məsələlərə də orada baxılacaq”.

Bunu isə hafta.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. Millət vəkilinin sözlərinə görə, 1 noyabr seçkilərinə nə az, nə də azacıq, düz 53 nəfər Yeni Azərbaycan Partiyasının qərarı olmadan namizədliyini irəli sürübmüş:

“Onun böyük əksəriyyəti namizədliyini geri götürdü. Bir neçə nəfər isə namizədliyini geri götürmədi, partiyanın namizədlərinə alternativlik etdilər. Bu da qurumun siyasi xəttinə, yoluna zidd hərəkətdir. MSK rəsmi nəticələri açıqlayandan sonra partiyanın rəhbər strukturu təşkilatın əleyhinə gedənlər, alternativlik yaradanların məsələsinə baxacaq. Seçki haqqında düzgün olmayan informasiyalar yayanların da məsələsi müzakirəyə çıxarılacaq. Bu adamlarla bağlı partiyanın müvafiq qərarları olacaq. O insanların kimliyi ilə bağlı isə rəsmi qərardan sonra açıqlamalar veriləcək”.

Geri dön