Ana Sayfa > Xəbər > Yeni parlamentin tam SİYASİ SƏHNƏSİ

Yeni parlamentin tam SİYASİ SƏHNƏSİ


4-11-2015, 16:02. Yazar: admin
Yeni parlamentin tam SİYASİ SƏHNƏSİ
Azərbaycanda baş tutan parlament seçkilərinin nəticələri məlum olub.

Hafta.az-ın verdiyi xəbərə görə, Mərkəzi Seçki Komissiyası 21 noyabra qədər seçkilər haqda yekun rəyini bəyan edəcək. Bu il ölkəmizdə baş tutan seçkilərdə 767 namizəd iştirak edib ki, onlardan 125-i deputat mandatına sahib olub. Seçkilərdə siyasi partiya və müstəqil namizədlər də fəal iştirak ediblər. 11 partiyanın namizədi parlamentdə təmsil olunmaq hüququ qazanıb. Yeni Azərbaycan Partiyasının 69 üzvü son parlament seçkilərində qalib olub. Vətəndaş Həmrəyliyi Partiyası Milli Məclisdə 2 deputatla təmsil olunacaq.

Azərbaycan Demokratik Maarifçilik, Ana Vətən, Azərbaycan Sosial Rifah, Azərbaycan Sosial Demokrat, Vəhdət, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokratik İslahatlar, Birləşmiş Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş partiyaları parlamentə bir deputatla təmsil olunacaq. Builki seçkilərdə 15 partiya birbaşa, 7 partiya isə "Azadlıq" seçk blokunun tərkibində seçkilərə qatılıb. Blok da öz növbəsində 1 deputatla Milli Məclisdə təmsil olunmağa haqq qazanıb. Yeni parlamentdə təmsil olunacaq deputatların 27-si 4-cü çağırış parlamentində təmsil olunmayıblar. Yeni deputatların 44-ü birtərəf 81-i isə partiya mənsubiyyəti daşıyan şəxslərdir.

Geri dön