Ana Sayfa > Xəbər > “Türkiyə istəsə ASALA-nı sonuncu adamına kimi bitirə bilər”
“Türkiyə istəsə ASALA-nı sonuncu adamına kimi bitirə bilər”6-04-2015, 10:33. Yazar: admin |
Son vaxtlar ASALA erməni terror təşkilatı Türkiyənin ünvanına ciddi təhdidlər səsləməkdədir. Çanaqqala zəfərinin 24 apreldə - qondarma erməni soyqırımının ildönümü tarixində qeyd edilməsinə etiraz edən terrorçular, belə olacağı təqdirdə Türkiyəyə qarşı hərbi əməliyyatları bərpa edəcəklərini bəyan edib. ASALA-nın Türkiyəyə qarşı hərbi əməliyyatları real olaraq bərpa etməsi mümkündürmü? ASALA-nın Türkiyəyə qarşı cəbhə alması qardş ölkəyə nə vəd edir? Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən politoloq Qabil Hüseynli ASALA-nın məlum hədəsini ciddi qəbul etmədiyini vurğuladı: “Hesab edirəm ki, bu hədəflər real əsasa malik deyil. Doğrudur, ola bilsin ki, yenə əvvəlki illərdə olduğu kimi xarici səfirliklərə hücumlar etsinlər. Lakin bu da bir həqiqətdir ki, bu gün Türkiyə ASALA və digər terror təşkilatını ciddi şəkildə izləyir, onlarla bağlı kontur tədbirlər görür. Məncə ASALA-nın bu bəyanatının psixoloji təzyiq kimi dəyərləndirilməsi daha doğrudur”. Q.Hüseynlinin sözlərinə görə, bu gün ASALA Türkiyədə ciddi terror əməliyyatları keçirmək üçün lazımi maddi və s. imkanlara malik deyil: “Əvvəla, hər bir ölkədə səfirliklər həmin ölkələrin özləri tərəfindən qorunur. Ikincisi, ASALA-nın hansısa geniş əməliyyatlar aparması üçün lazımi qədər maliyyə və s. imkanları yoxdur. Türkiyə ASALA-nın susdurmaq, onu yerində oturtmaq üçün əvvəkindən qat-qat üstün imkanlara malikdir. Əgər ASALA Türkiyəyə qarşı hər hansı addım atacaqsa, bunun bədələni çox ağır şəkildə ödəməli olacaq”. Politoloqun qənaətincə, bu gün ASALA Türkiyədə hansısa terror hadisəsi keçirməyə cəhd edərsə ciddi şəkildə cəzalandırılacaq. Ekspertin fikrincə, Türkiyənin erməni terror təşkilatına qarşı atacağı addımlar ASALA-nın tamamilə məhvinə səbəb ola bilər: “ASALA terror təşkilatı son illər ciddi şəkildə zəifləyib. Üzvlərinin sayı azalıb, bir çox bölmələri sıradan çıxıb. Faktiki olaraq təşkilatın bir adı qalıb. Onların Türkiyədə hansısa terror həyata keçirmək imkanları yoxdur. Əgər ASALA bu dəfə Türkiyəyə qarşı hansısa əməliyyatlara start versə, bu zaman Türkiyə həmin terror təşkilatını sonuncu adamına kimi bitərəcək. Belə olarsa, dünyada ASALA adında bir şey qalmayacaq. Türkiyəyə qarşı atılan addımların qarşısı qətiyyətlə alınacaq”. Geri dön |