Ana Sayfa > Xəbər > İŞİD 224 nəfərin ölümünü belə bayram etdi (VİDEO)
İŞİD 224 nəfərin ölümünü belə bayram etdi (VİDEO)4-11-2015, 14:51. Yazar: admin |
Göyərtəsində 224 nəfərin olduğu Rusiya təyyarəsini Misirin Sinay yarımadası üzərində vurduğunu iddia edən İŞİD qruplaşmasının bununla bağlı videosu yayılıb. ANS PRESS-in məlumatına görə, İraqın Nineviya şəhərində lentə alındığı bildirilən kadrlarda İŞİD döyüşçülərinin bu faciəni konfet paylayaraq bayram etməsi əks olunub. İŞİD rəhbərləri Nineviyadakı üzvlərini bir araya toplayaraq, toplantı iştirakçılarına konfet paylayır, həmçinin Nineviya küçələrindən keçən maşınları da saxlayaraq, sürücülərə də konfet verir. Daha sonra İŞİD sıralarında olan və rusca danışan döyüşçülər kamera qarşısına keçərək, Rusiya təyyarəsini vurduğu üçün İŞİD-in "Sinay Vilayəti" adlı Misir qolunun ünvanına təriflər yağdırırlar. Döyüşçülərdən biri daha çox hücumların həyata keçiriləcəyi ilə Rusiyanı hədələyir. Həm rusca, həm də ərəbcə danışan bir başqa döyüşçü isə Rusiyanın SuriyadaİŞİD-i hədəf aldığına görə çox peşman olacağını deyir. Misirin Şarm əş-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan Rusiya təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. İŞİD 224 nəfərin olduğu təyyarəni vurduğunu iddia etsə də, bu iddialar həm Rusiya, həm də Misir rəsmiləri tərəfindən təkzib edilib. Geri dön |