Ana Sayfa > Xəbər > Müsavat seçkidə iştirak edən namizədi ilə bağlı qərar verə bilmir - AÇIQLAMA

Müsavat seçkidə iştirak edən namizədi ilə bağlı qərar verə bilmir - AÇIQLAMA


4-11-2015, 14:44. Yazar: admin
Müsavat seçkidə iştirak edən namizədi ilə bağlı qərar verə bilmir - AÇIQLAMA
1 noyabr parlament seçkilərində iştirakdan imtina edən Müsavat Partiyasının funksioneri İltizam Ələkbərli 79 saylı İmişli seçki dairəsindən seçkilərə qatılıb.

Partiyanın divanının qərarına qarşı çıxan funksionerin qurumdakı gələcək aqibəti necə olacaq?
Hafta.az-a açıqlama verən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının sözlərinə görə, onlar hələ ki, bu haqda müzakirələr aparmır:

“Partiyamızın hazırkı gündəmi bu məsələ deyil. Biz ölkədə baş tutan parlament seçkilərində baş vermiş çatışmazlıqları müzakirə etməkdəyik. Yaxşı olar ki, hazırda gündəmin əsas mövzusu bu olsun”.

Qeyd edək ki, Müsavat Partiyasının Divanı avqust ayının 29-u qərar verərək, qurumun parlament seçkilərində iştirak edəcəyini bildirmişdi. Partiyanın 70-dən çox namizədi dairə seçki komissiyalarına müraciət edərək, seçkiyə qatılmaq niyyətini qeyd etmişdi. Qurumun 25 namizədi qeydə alındıqdan sonra Müsavat Divanının 28 oktyabr qərarına əsasən, partiya seçkilərə getməkdən imtina etdi.

Geri dön