Ana Sayfa > Xəbər > Astara və Biləsuvar gömrüyündə əməliyyat: həbslər var

Astara və Biləsuvar gömrüyündə əməliyyat: həbslər var


4-11-2015, 12:56. Yazar: admin
Astara və Biləsuvar gömrüyündə əməliyyat: həbslər var
İrandan gələn Azərbaycan vətəndaşı narkotiklə tutulub.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən xəbərə görə, bu fakt Astara Gömrük İdarəsinin sərnişin şöbəsində qeydə alınıb.

Dəyanət Dəmirov gömrük nəzarətindən keçərkən onun çamadanındakı şampun qabında, məhlul formasında, ümumi təmiz çəkisi 0,7 qram təşkil edən narkotik maddə - metadon aşkar olunub.

Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda isə İran vətəndaşı Abdolı Mahmud Bahar Alı saxlanılıb.

Onun idarə etdiyi “Skaniya” markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış zamanı avtobusun akkumulyatorunun arxa hissəsindəki 198,07 qram olan tiryək aşkar edilərək götürülüb. Hər iki faktla bağlı təhqiqat aparılır.

Geri dön