Ana Sayfa > Xəbər > “Çox boyük ideyalarım var” - Yeni xanım deputat

“Çox boyük ideyalarım var” - Yeni xanım deputat


4-11-2015, 11:37. Yazar: admin
“Çox boyük ideyalarım var” - Yeni xanım deputat
“Təhsillə bağlı müəyyən yeni ideyalar, yeni layihələr üzərində çalışıram. Milli Məclisdə əsasən bu istiqamətdə məsələlər qaldırmağı düşünürəm”

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisə keçirilən seçkilərdə 99 saylı Şəmkir kənd seçki dairəsindən ilk dəfə millət vəkili seçilən Sona Əliyeva deyib.

Xanım deputat bildirib ki, parlamentdəki fəaliyyəti dövründə təhsil və qadınların problemləri ilə bağlı bir sıra məsələlələr qaldırmaq niyyətindədir.

“Humanitar şöbənin müdiri olduğum üçün bu sahədən daha çox məlumatlıyam. Yetərincə baza biliklərim var. Parlamentdə təhsil, səhiyyə, mədəniyyət və eləcə də gənclərlə bağlı məsələləri qaldıracağam. Humanitar sahə üzrə çox yüksək ideyalarım var. Hazırda konkret hansısa bir layihəm yoxdur, amma müəyyən ideyalarım var və gələcəkdə onları təqdim etmək fikrindəyəm”.

Qeyd edək ki, Sona Əliyeva buna qədər Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.

Geri dön