Ana Sayfa > Xəbər > İranın hər yerində mitinqlər keçirilir

İranın hər yerində mitinqlər keçirilir


4-11-2015, 11:36. Yazar: admin
İranın hər yerində mitinqlər keçirilir
Bu gün İranın bütün şəhərlərində beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir.

Trend-in məlumatına görə, bu barədə İranın "Tasnim News" xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, mitinq paytxat Tehranda ABŞ-ın keçmiş səfirliyinin binası qarşısından başlayıb. Mitinqlərə minlərlə tələbə, şagird və əhali qatılıb.

Qeyd edək ki, hər il noyabrın 4-ü İranda beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur. 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin işçilərini girov götürdükdən sonra İranın Ali lideri İmam Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib.

İran İnqilabından sonra iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar.

Geri dön