Ana Sayfa > Xəbər > Qərb-İran dostluğu İsraili qorxuya salıb

Qərb-İran dostluğu İsraili qorxuya salıb


6-04-2015, 10:00. Yazar: admin
Qərb-İran dostluğu İsraili qorxuya salıb
İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın “ABC” telekanalına açıqlamasında İrana qarşı sanksiyaların artırılmasını tələb edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir yalnız bu halda vəziyyətin daha yaxşı olacağını vurğulayıb.

“İsrailin təhlükəsizliyini şübhə altına alan razılaşma sünni əhalinin üstünlük təşkil etdiyi ölkələr arasında silahlanma işində rəqabəti artıracaq. İranla “5+1” ölkələri arasında əldə olunan razılaşma İranın nüvə mərkəzlərini aradan qaldırmır, ona görə də bunu müsbət qiymətləndirmirəm”.

Qeyd edək ki, aprelin 2-i BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin, Almaniya – “5+1” ölkələri ilə İran arasında müzakirələrdə ilkin razılıq əldə olunub. İsveçrənin Lozanna şəhərində 8 gün davam edən gərgin müzakirələrdən sonra baş tutan razılaşma iyunun 30-da rəsmi sənəd kimi imzalanacaq. Razılaşmaya əsasən İran uranı zənginləşdirməyəcək, bunun əvəzində Qərb də sanksiyaları dayandıracaq.

Geri dön