Ana Sayfa > Xəbər > Uşaq zəhərli ilanı "sancdı"
Uşaq zəhərli ilanı "sancdı"3-11-2015, 17:32. Yazar: admin |
![]() Braziliyada qəribə hadisə baş verib. Yaş yarımlıq oğlan ən zəhərli ilanlardan olan gürzəni gəmirərək öldürüb. ANS PRESS-in verdiyi məlumata görə, hadisə Riu-Qrandi-du-Sul ştatının Mostardas şəhərində qeydə alınıb. Valideynlər evə daxil olduqları vaxt Lorenso adlı uşaqlarının ilanın başına yaxın bir hissədən dişlədiyini görərərk qorxuya düşüblər. Lakin onlar körpəyə yaxınlaşdıqda onun ilanaı öldürdüyünü görüblər. Zəhərli ilan uşağın onun başını gəmirməsi nəticəsində ölüb. Valideynlər dərhal yaş yarımlıq körpəni xəstəxanaya aparıblar. Xəstəxanada həkim müayinəsindən keçirilən körpənin həyatı üçün heç bir təhlükə olmadığı müəyyən edilib. Daha sonra həkimlər ilanın növünü təyin etmək üçün onun şəklini çəkiblər. Müəyyən edilib ki, uşağın öldürdüyü ilan Jararaca növünə məxsus gürzə olub və həmin növ ilanlar ölkənin bu ərazilərində çox nadir hallarda rast gəlinir. Hazırda körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. Geri dön |