Ana Sayfa > Xəbər > Bakıda 55 yaşlı kişi kranın trosları arasında ölüb

Bakıda 55 yaşlı kişi kranın trosları arasında ölüb


3-11-2015, 17:26. Yazar: admin
Bakıda 55 yaşlı kişi kranın trosları arasında ölüb
Bakıda bir nəfər kranın trosları arasında sıxılaraq qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər “KJDE-16” markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalıb.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1960-cı il təvəllüdlü Əliyev Tofiq Mirzəbala oğlunun cəsədini kranın yükqaldırıcı oxunun trosları arasından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Geri dön