Ana Sayfa > Xəbər > "Civə məndə çoxdan var idi, "xolodelnik"in yanında saxlayırdım"

"Civə məndə çoxdan var idi, "xolodelnik"in yanında saxlayırdım"


3-11-2015, 16:59. Yazar: admin
"Civə məndə çoxdan var idi, "xolodelnik"in yanında saxlayırdım"
"1 kiloqramını 7 min manata satmaq istəyirdik"
Goranboyda civənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Cinayətkar qrupun üzvləri 2 kiloqramdan artıq civəni satmaq istəyərkən ələ keçib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhərində anadan olan Vüqar Novruzov saxlanılıb. O, Goranboy rayonu Qızıhacılı qəsəbəsində 1 ədəd şüşə qabın içərisində olan 2 kq 720 qram çəkidə civəni satmaq istəyərkən ələ keçib.

Araşdırma zamanı məlum olub ki, Vüqar Novruzov civəni Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Əkbər Nəcəfovdan alıb.

Əkbər Nəcəfov - saxlanılan şəxs: "Civə məndə çoxdan var, 1985-ci ildən bizdədir. 3 dəfə də gəlib baxıblar, deyiblər ki, yaramır. "Xolodelnik"in yanında saxlayırdım civəni. Bir dəfə söhbət düşəndə, dedi ki, mən adam taparam, danışıb verərik".

Vüqar Novruzov - saxlanılan şəxs: "Civəni satacağımız adamı 3 ildən çoxdur tanıyırıq. 1 kiloqramını 7 min manata satmaq istəyirdik".

Faktla bağlı Goranboy RPŞ-də cinayət işi qaldırılıb, araşdırma aparılır (Region TV).


Geri dön