Ana Sayfa > Xəbər > Bakıda restorandan 1450 manatlıq spirtli içki oğurladılar
Bakıda restorandan 1450 manatlıq spirtli içki oğurladılar3-11-2015, 15:26. Yazar: admin |
Paytaxtda restorandan oğurluq olub. Virtualaz.org Bakı Şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, noyabrın 2-ə keçən gecə paytaxt sakini Qədim Süleymanova məxsus, A.Zeynallı küçəsində yerləşən restorandan açar seçmə yolu ilə 1450 manat dəyərində spirtli içkilər talan olunub. Səbayel RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkd şübhəli bilinən Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1994-cü il təvəllüdlü Məhəmməd Əliyev tutulublar. Geri dön |