Ana Sayfa > Xəbər > Azərbaycan haqda mənfi fikir formalaşdırmaq istəyən şəxslər var

Azərbaycan haqda mənfi fikir formalaşdırmaq istəyən şəxslər var


3-11-2015, 14:53. Yazar: admin
Azərbaycan haqda mənfi fikir formalaşdırmaq istəyən şəxslər var
Azərbaycanda baş tutan seçkiləri müşahidə edən şəxslərin sırasında Böyük britaniyalı politoloq-jurnalist Maykl Hanko olub. Hafta.az-ın əməkdaşı ilə seçki təəssüratlarını bölüşən jurnalist baş tutan tədbirdən razı qaldığını bildirdi:


“İlk öncə onu deyim ki, 40 ildən çoxdur müstəqil jurnalist fəaliyyəti ilə məşğul oluram. Son zamanlar keçmiş SSR və Qafqaz respublikalarında gedən prosesləri yaxından izləməkdəyəm. Azərbaycanda baş tutan bütün seçkilər haqda İngiltərə mətbuatında təhlil və məqalələrlə çıxış etmişəm. Bu seçki barədə də çoxlu qeydlərim var. Ümumən götürdükdə 1 noyabr seçkiləri Azərbaycan üçün irəliyə atılmış addım hesab olunmalıdır. Seçkilər çox yüksək formada təşkil olunmuşdu. Mən tədbir barədə daha dərin informasiyalara yiyələnmək üçün seçicilərin özləri ilə də söhbət etdim. Danışdığım bütün şəxslər seçkilərə öz iradəsi ilə gəldiklərini bildirərək, istədikləri namizədə dəstək olduqlarını dedilər.

Diqqətimi çəkən məqamlardan biri də səsvermə gedişatında xanım seçicilərin daha aktiv olması idi. Bildiyimiz kimi, bəzi yerlərdə Azərbaycan haqda insanlarda mənfi fikir formalaşdırmaq istəyən şəxslər var. Avropanın bəzi ölkələrində elə insanlar var ki, Azərbaycanı Əfqanıstan, Pakistan, İran kimi bir yer bilirlər. Amma buranı görsələr, həmin şəxslərin fikirlərində müsbət mənada dəyişiklik baş verər. Seçkilərdə gənclərin, qadınların aktivliyi ən müasir Avropa ölkəsi ilə eyni səviyyədə idi. Biz seçkilərə gəlməzdən əvvəl bir sıra mətbu orqanlarda Azərbaycanda baş tutan seçkilərdə müxalifət partiyalarının iştirak etmədiyi haqda məlumatlar yayılmışdı. Amma mən apardığım müşahidədə bunun tam əksinin şahidi oldum. Namizədlər sırasında müxalifət nümayəndələri ilə yanaşı, birtərəf şəxslərin adına da rast gəlmək olardı. Həmçinin, müşahidəçilərin içərisində də iqtidar partiyasını təmsil etməyən çoxlu şəxs var idi. 16 seçki dairəsində müşahidə apararaq, bunların canlı şahidi oldum. Təmsil olunduğum missiya üzvləri də dairələrdə müxtəlif partiya və qurumların olduğunu bildirdi. Xırda çatışmazlıqları nəzərə almasaq, seçkilər tam Avropa standartlarına uyğun formada keçirildi”.

Geri dön