Ana Sayfa > Xəbər > Eldar Mahmudovun daha bir qohumunun işi yoxlanılır

Eldar Mahmudovun daha bir qohumunun işi yoxlanılır


3-11-2015, 13:07. Yazar: admin
Eldar Mahmudovun daha bir qohumunun işi yoxlanılır
Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad ediləndən sonra həm onun, həm də qohumlarının və yaxın ətrafının fəaliyyəti ciddi şəkildə yoxlanılmağa başlayıb.

Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumata görə, E.Mahmudovun əmisi qızı Pərvanə Mahmudova da fəaliyyəti yoxlanılacaq şəxslərin siyahısına daxil edilib.

Məlumata görə, Səhiyyə Nazirliyi İnnovasiya Mərkəzinin rəhbəri olan Pərvanə Mahmudova əmisi oğlunun istefasından sonra hətta Azərbaycanı tərk etməyə də qərar verib, lakin sonradan bu fikrindən daşınıb.

Xatırladaq ki, MTN işi üzrə sabiq nazirin digər qohumu “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs edilib. B.Hüseynovun qardaşı - Xətai Rayon İcra Hakimiyyətinin başçısı Xeyrulla Hüseynov isə vəzifəsindən azad olunub.

Geri dön