Ana Sayfa > Xəbər > Biləcəri dairəsi kiçildilib

Biləcəri dairəsi kiçildilib


6-04-2015, 09:40. Yazar: admin
Biləcəri dairəsi kiçildilib
Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində işlər davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 335 m olan küçənin 235 m hissəsində 12 m enində genişləndirilmə işləri həyata keçirilib.

Belə ki, həmin hissədə torpaq yatağı yenidən tikilərək birqat asfalt-beton örtük döşənib. Həmin ərazidə yerləşən dairənin diametri 34 m-dən 22 m-ə qədər kiçildilib.

Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması işləri aparılır.

Geri dön