Ana Sayfa > Xəbər > "Özünü ifadə edə bilməyən avara adamları görmək istəmirəm"

"Özünü ifadə edə bilməyən avara adamları görmək istəmirəm"


3-11-2015, 11:27. Yazar: admin
"Özünü ifadə edə bilməyən avara adamları görmək istəmirəm"
"Mən Facebookda yoxam. Ordan çıxmışam və bir daha qayıtmaq fikrim yoxdur".

Bunu Moderator.az-a açıqlamada tanınmış yazıçı Seymur Baycan bildirib.


Seymur Baycan deyib ki, özünü ifadə edə bilməyən avara adamları görmək istəmir: "Camaat bekarçılıqdan əziyyət çəkir. Ona görə də Facebookda aparılan hər hansı müzakirə mənim üçün maraqsızdıır. Hardan istəyirlər ordan da girsinlər vaqonlara. Nə istəyirlər onu da etsinlər".

Qeyd edək ki, bəzi şəxslər Facebook sosial şəbəkəsində metroda qatarların son vaqonuna ancaq qadınların minməsi təklifi ilə çıxış edib və bu təklif geniş müzakirəyə səbəb olub.

Geri dön