Ana Sayfa > Xəbər > Bu gün Çempionlar Liqasında növbəti tura start veriləcək
Bu gün Çempionlar Liqasında növbəti tura start veriləcək3-11-2015, 11:05. Yazar: admin |
Bu gün futbol üzrə Çempionlar Liqasının IV turuna start veriləcək. "Report"un məlumatına görə, bu gecə 8 qarşılaşma keçiriləcək. Türkiyənin "Qalatasaray" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. Hazırda qrupda 2-ci pillədə qərarlaşan İstanbul təmsilçisi mövqeyini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Məğlub olacağı təqdirdə "sarı-qırmızılar" işlərini daha da çətinə salacaqlar. C qrupunun digər oyununda isə İspaniya "Atletiko"su Qazaxıstanın "Astana" klubunun qonağı olacaq. Gecənin mərkəzi görüşü İspaniyada keçiriləcək. "Real Madrid" doğma azarkeşlər önündə Fransa PSJ-sini qəbul edəcək. Qrupun favorit komandaları hazırda liderlik mövqeyi uğrunda mübarizə aparırlar. A qrupunun digər görüşünda isə Ukrayna "Şaxtyor"u ilə İsveç "Malmö"sü qarşılaşacaq. Çempionlar Liqası, qrup mərhələsi A qrupu 23:45. "Real Madrid" (İspaniya) - PSJ (Fransa) 23:45. "Şaxtyor" (Ukrayna) - "Malmö" (İsveç) Xal durumu: "Real Madrid" - 7. PSJ - 7. "Malmö" - 3. "Şaxtyor" - 0. B qrupu 23:45. "Mançester Yunayted" (İngiltərə) - ÇSKA (Rusiya) 23:45. PSV (Hollandiya) - "Volfsburq" (Almaniya) Xal durumu: "Volfsburq" - 6. "Mançester Yunayted" - 4. ÇSKA - 4. PSV - 0. C qrupu 19:00. "Astana" (Qazaxıstan) - "Atletiko" (İspaniya) 23:45. "Benfika" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə) Xal durumu: "Atletiko" - 6. "Benfika" - 6. "Qalatasaray" - 4. "Astana" - 1. D qrupu 23:45. "Borussiya" (Münxenqladbax, Almaniya) - "Yuventus" (İtaliya) 23:45. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) Xal durumu: "Yuventus" - 7. "Mançester Siti" - 6. "Sevilya" - 3. "Borussiya" - 1. Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. Geri dön |