Ana Sayfa > Xəbər > Əli Kərimlinin yarım milyona dediyi villası – FOTOLAR
Əli Kərimlinin yarım milyona dediyi villası – FOTOLAR30-10-2015, 17:58. Yazar: admin |
Müxalifət liderlərinin əslində dəbdəbəli həyat keçirmələri haqda çox deyilib. AzVision.az bu haqda yayılan söhbətləri faktlarla yoxlamaq niyyətindədir. Çoxlarına sirr deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “yavan çörək yeyən oğlan”lardan deyil. O, son model “Mazda CX9” avtomobilində gəzir, dəbdəbəli evdə yaşayır, oğlu Türkel isə Londonda çox qayğısız və əyləncəli həyat keçirir. Əli Kərimlinin Bakıda yaşadığı evindən əlavə, Şüvəlan qəsəbəsində bir villası var. Bu haqda AXCP daxilindəki mənbələrdən məlumat alandan sonra yollandıq villanın yerləşdiyi ünvana. Ərazidə yaşayan şəxslərlə söhbətimiz zamanı onlar villanın Əli Kərimliyə məxsus olduğunu təsdiqləsələr də, əlavə məlumat verə bilmədilər. Onu dedilər ki, villaya son vaxtlar heç kim gəlib-getmir. Geri dön |