Ana Sayfa > Xəbər > Səudiyyə şahzadəsinə qarşı ABŞ-da yeni təcavüz ittihamı
Səudiyyə şahzadəsinə qarşı ABŞ-da yeni təcavüz ittihamı30-10-2015, 16:51. Yazar: admin |
Livan tarixinin ən böyük narkotik qaçaqmalçılığına damğa vuran və saxlanılan, bir başqası isə qulağa qəribə gələn fantaziyalarına görə xəbər başlıqlarından düşməyən Səudiyyə şahzadələri gündəm olmağa davam edir. FaktXəbər-in məlumatına görə, əvəllər işçilərindən cinsi tələblər istəyib etiraz edənləri bu dəfə öldürməklə təhdid edən şahzadə Macid bin Abdullah bin Əbdüləziz Əl-Səud qarşı iddia qaldıran 3 qadın, şahzadənin təcavüzünə məruz qaldıqlarını bildriblər. ABŞ-ın Los-Anceles şəhərində həbs olunan şahzadənin işçiləri bildiriblər ki, üç gün davam edən seks və narkotik partiyası boyu evdən bayıra buraxılmayıblar. Parti zamanı isə əl-Səud şahzadəsi qadınlardan birindən tələb edib ki, onun bütün bədənini yalasın. Digər bir Səudiyyə şahzadəsi Abdülmuhsin bin Vəlid bin Əbdüləzizin isə Beyrut hava limanında tarixin ən böyük narkotik əməliyyatında 3 nəfərlə birlikdə saxlanılıb. Onun təyyarəsindən 2 tondan artıq narkotik həb və kokain tapılıb. Maraqlıdır ki, şahzadə bu qədər narkotikin şəxsi istifadə üçün olması kimi gülünc açıqlama verib. Geri dön |