Ana Sayfa > Xəbər > "Əmrah məndən atamın mahnısını istədi" - Məmmədbağırın oğlu

"Əmrah məndən atamın mahnısını istədi" - Məmmədbağırın oğlu


30-10-2015, 16:33. Yazar: admin
"Əmrah məndən atamın mahnısını istədi" - Məmmədbağırın oğlu
Xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə “Günə baxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, türkiyəli müğənnilərin atasının mahnılarını istədiyini bildirib:

“Atamın mahnılarını türkiyəli müğənnilər çox ifa edib. Nəşə Karaböcək, Müşerref Akay “Olmaz-olmaz”ı oxuyub. Bu mahnını Əmrah da Kiprdəki konsertində səsləndirib. İndi isə iki mahnını istəyib. 10 ildir atam dünyasını dəyişib. Yerli sənətçilərimiz sağ olsun, onların təbliğatı sayəsində atamın mahnıları yaşayır. Mən hamıya halallıq vermişəm. Qabiliyyəti çatan zəng vurur, mənlə danışır. Hətta məndən nə istədiyimi soruşanda, “Heç nə istəmirəm. Bircə atamın adını çəkin ki, onun mahnısıdır” cavabını verirəm. Çünki atam illərlə mahnılar üzərində əziyyət çəkib”.

Geri dön