Ana Sayfa > Xəbər > Günay: "ANS-dəki işimə son qoydum"

Günay: "ANS-dəki işimə son qoydum"


30-10-2015, 15:56. Yazar: admin
Günay: "ANS-dəki işimə son qoydum"
Aparıcı Günay Rəhimova ANS ÇM-dəki işinə son qoyub.

Bu haqda o, Axşam.az-a açıqlamasında deyib:

“ANS ÇM-də 2 ay fəaliyyət göstərdim. Mən aparıcılığa radiodan başlamışam. Əvvəl xəbərlər aparırdım. Buna görə də radio aparıcısı olmaq mənə çətin deyildi. Sadəcə, özümü burada tapmadım. Televiziya mənə daha doğmadır. Bacardığım işdə daha rahat olacağımı düşünürəm. Maraqlı bir layihə ilə efirə qayıdacağam. Ruhuma yaxın, ciddi olmayan, tamaşaçımla rahat ünsiyyət qura biləcəyim veriliş arzulayıram”.

Artıq çəki alması ilə də diqqət çəkən G.Rəhimova idmana başladığını bildirib:

“Çox kökəlmişəm. Bunu da kompleks edirəm. Dostlarımla tez-tez görüşməyə belə çəkinirəm. İdmana gedirəm. Amma sözə qulaq asan tələbə deyiləm. Pəhriz saxlaya bilmirəm, iradəsizəm. Xəmir xörəklərini çox sevirəm”.

Geri dön